26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Zirə"nin bombardirləri siyahısında dəyişiklik

"Zirə”nin ən yaxşı bombardirləri siyahısında dəyişiklik olub. 
 
Futbolxeber.az saytının klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "qartallar”ın heyətindəki qol sayını 8-ə çatdıran Vüsal İsgəndərli klub tarixinin məhsuldar oyunçuları arasında 5-ci yerə sahib çıxıb. 
 
Topaz Premyer Liqasında XI turun "Neftçi” ilə səfər oyununadək (2:2) bu mövqeni Tural Adıgözəlov və Besik Çimakadze ilə bölüşən İsgəndərli şəriklərini arxada qoyub. "Zirə”nin "Bakcell Arena”dakı 2-ci qoluna imza atan 23 yaşlı yarımmüdafiəçi yalnız 4 futbolçudan - Nelson Bonilya (17), Riçard Qadze (12), Aslan Hüseynov (10) və Milan Duriçdən (9) geri qalır.
 
Cari mövsümdə ilk dəfə fərqlənən futbolçu karyerasını "Zirə”də davam etdirənlər arasında 1-ci pillədədir. İsgəndərli qollarından 2-ni Azərbaycan kuboku, 6-nı Premyer Liqada vurub. O, "Zirə”nin çempionatdakı ən yaxşı bombardirləri siyahısında irəliləyib. Hazırda yalnız Nelson Bonilya (14), Riçard Qadze (10) və Milan Duriçdən (8) geri qalan İsgəndərli 4-5-ci yerləri Yovan Krneta ilə bölüşür.
 
Yarımmüdafiəçi indiyədək 57-si Premyer Liqada olmaqla, 64 dəfə "Zirə” forması ilə meydana çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30