18 Noyabr 2018, Bazar günü
Elxan Məmmədov: "Qrupda birinci yeri tutmaqla iş bitmir"
Millimizin qapıçısını "azəri Buffon" adlandırdılar
Millimiz Ukraynaya uduzdu
Yubiley oyununda 10 qol

Ölkə futbolu

"Vorskla"nın baş məşqçisi: “Oyun bərabərə bitsəydi, daha ədalətli olardı”

"Vorskla”nın baş məşqçisi Vasili Saçko Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına o, əvvəlcə oyunla bağlı fikirlərini bildirib.

- “Qarabağ”ın futbolçuları sürətli və texnikalıdır.İlk hissədə qapımız qarşısında onlar yox, özümüz təhlükəli vəziyyət yaratdıq. Penaltiyə səbəb olduq. Futbolçular çox səhv etdi, sürətdə, top uğrunda mübarizədə uduzurduq. Topa sahib ola bilmirdik. İkinci hissədə vəziyyəti bir qədər normallaşdırdıq. Əllərindən gələni etdilər. Amma biri var çalışmaq, biri var reallaşdırmaq.

- Arturu start heyətində meydana buraxmağınız nə ilə bağlı idi? Bu qərar bizi təəccübləndirdi...

- Artur texnikalı futbolçudur. Düşünmürəm ki, çox pis oynadı. Bu, mənim qərarımdır. Hədəfim o idi ki, futbolçu oyuna daha yaxşı köklənsin. Hücuma tez qoşula bilir. Düzdür, böyük səhv etdi, hansı ki, buna haqqı yox idi. Amma onun cinahından hücumlarımız, zərbələrimiz oldu. Amma rəqib də çox ağıllı oynadı, bizə imkan vermədi. Həm müdafiədə, həm də hücumda yaxşı çıxış etdilər. Biz bu halı müzakirə edəcəyik və həll edəcəyik.

- Əvəzləmələrlə nə etməyə çalışdınız?

- Daha aqressiv oynamalı idik. Sürətdə uduzduq. Rəqib daha texnikalı oyun göstərdi, bizə imkan vermədi. “Qarabağ” ilk hissədə çox təzyiq etdi. Hətta oyuna nəzarəti itirmək təhlükəsi var idi. Bu üzdən dəyişikliklə oyunu canlandırmağa çalışdıq. Komandanı biz hazırlaşdırırıq, kimin start heyətində meydana çıxmasına biz qərar veririk. Kim daha hazırlıqlı olursa, o da meydana çıxır.

- Yayda əcnəbi oyunçu dəvət etmişdiniz. Onların çıxışından məmnunsunuz?

- Təəssüf ki, həmin futbolçular çempionat ərəfəsində gəldilər. Hazırlıqda iştirak etmədilər. Heyətdə təcrübəli futbolçularımız çoxdur. Gənc oyunçularımız isə istedadlıdır. Onlar bizimlə məşq etməlidirlər. Bizdə heyəti baş məşqçi müəyyənləşdirir. Heç kimə güzəşt edilmir. Sadəcə, təlim-məşq toplanışı çox önəmlidir. Oyunçu öz üzərində çalışmalıdır, ona verilən şansdan lazımınca yararlanmalıdır. Gənclər komandada rəqabəti artırıb. Bu gün uduzduq, əhvalımız çox pisdir. Amma unutmayaq ki, çox güclü komandaya uduzduq.

- Məğlubiyyətə layiq idinizmi?

- “Qarabağ” ilk hissədə yaxşı oynadı, oyuna nəzarət etdi. İmkanlar yaratsaq da, istifadə edə bilmədik. “Qarabağ” çox güclü komandadır, əlinə düşən şansdan yararlandı. Amma oyun bərabərə bitsəydi, daha ədalətli olardı.

- Bu gün qapıya zərbələrinizin sayı çox az idi. Bu, nə ilə bağlıdır?

- Rəqibdən çox şey asılıdır. Rəqiblərə qarşı hazırlaşmaq lazımdır. Nəzərə alaq ki, meydança sürüşkən, hava soyuq idi. İkinci hissədə “Qarabağ” müdafiəyə oturdu və bizə hücum imkanı vermədi. “Qarabağ” çox güclü komandadır, belə oyunlara hazırlıqlıdır. Əminəm ki, onlar növbəti matçlarda da rəqiblərinə başağrısı olacaq. Qələbə qazanmaq istəyirdik. Amma ustalıq səviyyəsi bu gün istədiyimiz kimi olmadı. Uşaqlar çox çalışdılar. Bəzi anlarda ustalıqda uduzduq, təcrübə çatmadı. Səhvlərimizi görürük və bunları düzəltmək lazımdır. Qol vurmaq üçün çox zərbə vurmaq lazımdır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30





Click to Visit