27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Elşad Əhmədov: "Bəxtimiz gətirdi"

"Oyunla bağlı danışmaq mənim üçün çətindir. İkinci hissədə çox zəif oynadıq, bəxtimiz gətirdi. "Zirə" fasilədən sonra gözlədiyimizdən də yaxşı, sürətli oynadı. Mənə təsir edən odur ki, müdafiədə oturduq. Ancaq futbolçularımız buraxdıqları qoldan sonra xarakter göstərdilər və uzatma dəqiqələrində qələbə qolunu vurduq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının 9-cu turunda evdə "Zirə"ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

O, qələbəni komandanın zədəli futbolçusu Marko Deviçə hədiyyə etdiklərini bildirib: "Yeri gəlmişkən, bu gün Markonun ad günüdür. Bu nəticə Deviçin ad günü üçün gözəl oldu. Markodan başqa qol vuracağımız futbolçularımız var. Bu gün Məqsədlə Cavid fərqləndi. Komandamızda psixoloji durum belədir ki, futbolçular 1 qol vurandan sonra rahat oynamırlar. Sanki qol buraxmaq təhlükəsi var".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30