27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Səbail" məşqçi istefası

Azərbaycan birinci divizionunda çıxış edən "Səbail-2” komandasının baş məşqçisi Elman Sultanov istefaya göndərilib.

Futbolxeber.az saytının məlumatına görə, komandanın mövsüm ərzində iki dəfə oyun protokolu qaydasını pozması baş məşqçinin göndərilməsi ilə nəticələnib. Bu barədə "Report”a paytaxt təmsilçisinin mətbuat katibi Törə Əhmədova bildirib. O, deyib ki, qarşılıqlı razılaşma əsasında 44 yaşlı mütəxəssisin və köməkçisi Toğrul Əhmədovun müqaviləsi ləğv edilib:

 "Məşqçilər korpusu VIII tur çərçivəsində "Neftçi-2” ilə səfər matçında əvəzetmə zamanı səhvə yol veriblər. Oyunun 90+2-ci dəqiqəsində Ədilxan Qarəhmədovu Nazim Kərimli əvəzləyib. Bununla da "Səbail”in heyətində meydanda 1998-ci ilə qədər futbolçuların sayı 5-ə çatıb. Bu da Əsasnaməyə uyğun deyil. Ona görə də komandaya texniki məğlubiyyət veriləcək. VI turda "Qarabağ-2” ilə görüşdə komandanın heyətində protokolda adı qeyd olunmayan futbolçu iştirak etdiyi üçün də "Səbail-2”yə texniki məğlubiyyət verilmişdi. Həmin vaxt tərəflər arasında razılıq əldə olunmuşdu ki, bu hal bir daha təkrarlanarsa, müqaviləyə xitam veriləcək. Bugünkü görüşdə isə Sultanovun özü verdiyi sözü xatırladaraq, müqaviləsinə xitam verilməsinə etiraz etməyib”.

Qeyd edək ki, "Səbail"in əvəzedici komandası ötən mövsüm E.Sultanovun rəhbərliyi altında ölkə çempionu olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30