27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Bakıdakı səhvləri təkrarlamasaq, yaxşı nəticə qazanacağıq"

“Oyuna yaxşı hazırlaşırıq. Əsas məqsəd əvvəlki matçdakı səhvləri təkrarlamamaqdır”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri U-21 yığmamızın kapitanı Bəhlul Mustafazadə deyib.
 
Avropa çempionatının seçmə mərhələsinin Norveçlə səfər oyunu öncəsi jurnalistlərin suallarını cavablandıran müdafiəçi qələbə qazanmaq arzusunda olduqlarını söyləyib: "Əslində keçən oyun yaxşı çıxış etmişdik. Sadəcə, müəyyən səhvlər oldu ki, bu da məğlubiyyətə gətirib çıxardı. İnanıram ki, Norveçdən yaxşı nəticə ilə qayıdacağıq”.
 
Son vaxtlar “Qəbələ”də heyətə düşə bilməyən futbolçu bunun özünü daha da motivasiya etdiyini bildirib: “Oynamamağımla bağlı baş məşqçi ilə heç bir söhbətim olmayıb. Bu amil məni həvəsdən salmır, əksinə, daha da motivasiya edir, belə deyim, qəzəbləndirir. Ona görə də çalışıram ki, özümü sübut edim və növbəti oyunlarda meydana çıxım”.
 
Yaş limitinə görə gələn ildən U-21-dəki çıxışını başa vuracaq Mustafazadə əsas hədəfinin A milli olduğunu vurğulayıb: “Hamımız burda oynaya-oynaya əsas milliyə keçməyə çalışırıq. Bu, bizim üçün daha böyük addımdır. Əsas hədəf A millidir. Bundan sonra ən qısa vaxtda tam hazır olub, ora dəvət almaq istəyirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30