23 Fevral 2019, Şənbə
Etopaz-da bu gün 59 canlı oyun
Klublar Komitəsində yeni sədr
Avroliqa: 1/8 finalçılar müəyyənləşdi
Nihat Kahveçi Azərbaycana gəlir

Ölkə futbolu

Denis Silva Premyer Liqanın tarixinə keçdi

“Keşlə”nin futbolçusu Denis Silva Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
 
Futbolxeber.az saytının məlumatına görə, braziliyalı müdafiəçinin yubileyi Topaz Premyer Liqasının V turunun “Sumqayıt”la matçına (1:2) təsadüf edib. 32 yaşlı futbolçu yarışın tarixinə 250 və daha çox oyun keçirən 57-ci futbolçu və ilk cənubi amerikalı kimi düşüb. 2007/08 mövsümündə “Xəzər Lənkəran”da debüt edən Denis sonradan “Neftçi” və “Keşlə”də (əvvəl “İnter”) də forma geyinib. O, ümumilikdə 250 matçda 12 qol vurub.
 
Müdafiəçi cənubluların heyətində 42 (3 qol), ağ-qara formada 116 (6 qol), indiki klubunda 92 (3 qol) oyunda meydana çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28





Click to Visit