27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Sənan Qurbanov: “Komanda öz yerinə qayıdacaq, söz verirəm”

"Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının 5-ci turunda "Qarabağ”a səfərdə 1:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə görüşlə bağlı fikirlərini açıqlayıb:

- Uğursuzluq zolağından çıxa bilmirik. Oyunun gedişatında hansısa inkişaf olsa da, bunu heç kəs qəbul etməyəcək. Komandamızdan hamı qələbə gözləyir. "Qarabağ” bu cür səhvləri bağışlamır. Çox üzgünəm. Cəzalandırılmalı insanlar cəzalanacaqlar. Bu komanda öz yerinə qayıdacaq. Buna söz verirəm.

- Liderdən 9 xal geridəsiniz. Çempionluq iddianız davam edir?

- Biz mübarizəmizi aparırıq.

- "Qarabağ” neçənci heyətlə meydana çıxmalıdır ki, xal qazana biləsiniz?

- "Qarabağ”da ikinci heyət yoxdur. Onların hər bir futbolçusu yüksək səviyyəlidir.

- Uğursuzluğun səbəbkarı kimdir?

- Baş məşqçi mənəm və məsuliyyət də mənim üzərimə düşür.

- Tərlan Əhmədovun baş məşqçi vəzifəsinə  gətiriləcəyi barədə yayılan xəbərlər işinizə mane olmur?

- Uzun illərdir bu komandadayam. Rəhbərlik hansı qərarı versə, buna hörmətlə yanaşacağam. "Qəbələ” üçün ən xeyirlisi nədirsə, o da olsun.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30