26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Nazim Süleymanov: “Düşünməmişdim ki, hadisələrin gedişatı belə olacaq”

"Qələbə çox yaxşıdır. Hərçənd ilk hissədə məğlub durumda idik, ancaq ikinci hissədə toparlanmağımız komandanın əzmkarlığını göstərir. "Keşlə"nin qapısında daha çox qol epizodu oldu. Futbolçularımızı əzmkarlıqlarına görə təbrik etmək istəyirəm. Hələ oyunlar qabaqdadır. Daha yaxşı çalışmalı, irəli baxmalıyıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqanın 5-ci turunda "Keşlə"ni səfərdə 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib. 53 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Atilla Yıldırımın zədəsi nə dərəcədə ciddidir?

- Həkimlər onun səhhəti ilə məşğuldur. Özünü bir az pis hiss edir. Tam durumu haqda hələ bir şey deyə bilmərəm.

- Səfərdə yaxşı nəticəyə imza atırsınız. Çempionat başlamamışdan belə gedişatı gözləyirdiniz?

- "Sumqayıt" yeni futbolçulardan qurulub. Bu komandanın yaranmasından 3 ay keçməyib. Düşünməmişdim ki, hadisələrin gedişatı belə olacaq. Nəticə 90 dəqiqəyə bilinir. Bir hücumçu ilə hazırlaşmışdıq, Atilla sonradan bizə qoşuldu. İstərdim ki, futbolçularımız daha sabit olsunlar. Nəticənin həmişə yaxşı olmasını istəyirik. Kim istəyər ki, pis olsun? Meydanda özünü idarə etsən, daha yaxşı oynayacaqsan.

- Nəticələr qənaətbəxşdir. Ancaq protokola baxdıqda komandanı gücləndirəcək futbolçunun olmadığını görürsən. Bununla nə qədər uzağa gedə biləcəksiniz?

- Xarici futbolçu götürmürük. Ancaq yerli futbolçularla oynayırq. Komandamız yeni qurulub.

- Kapitan Vurğun Hüseynov ilk turda qırmızı vərəqə alandan sonra oynamırdı, yalnız bu gün son dəqiqələrdə meydana çıxdı. O, əsas heyətdə yerini itirmişdi, yoxsa başqa səbəb vardı?

- Vurğun son vaxtlar fərdi məşq edirdi. Çünki zədəsi vardı. Az məşq etdiyindən, ehtiyatda qalırdı.

- Sizcə, yarımmüdafiəçiniz Aleksey İsayev yaxın gələcəkdə Azərbaycan millisinə dəvət almaq potensialına malikdir?

- Hər bir baş məşqçi istəyər ki, milliyə çoxlu futbolçusu dəvət alsın. Belə oyunçuların sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bu, hamı üçün yaxşı olacaq. Hansı baş məşqçi istəməz ki, yığmada çoxlu oyunçusu olmasın? (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30