19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Samir Abasov: "Ömər Paşayev məzuniyyət götürsəydi, rahat olardım"

“Zirə”nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının V turunda “Neftçi” 1:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb. Futbolxeber.az saytının məlumatına görə, mütəxəssis öncə oyun barədə danışıb:
 
 
- "Qələbə qazanmaq istəyirdik. Əfsuslar olsun ki, alınmadı. Komanda şəkilində irəliləyiş olduğunu hiss edirəm. Bəzi oyunçular var ki, onlardan narazıyam. Əgər qələbə qazanmaq istəyirsənsə, ürəyini, ruhunu meydana qoymalısan. Bəzi futbolçular fikirləşir ki, məşqçi deyəcək, biz qalib gələcəyik. Ancaq belə deyil. Ürəyimizi ortaya qoysaydıq, “Neftçi”ni məğlub edə bilərdik. Bugünkü nəticəyə görə təəssüflənirik, məğlub olmamalı idik.
 
- Oyunun dördüncü hakimi Ömər Paşayev daima sizi ehtiyat oyunçular skamiyasından uzaqlaşdırır. Onunla nə probleminiz var?
 
- Ömər Paşayev may ayına qədər məzuniyyət götürsəydi, rahat olardım. Ola bilər ki, gözü zəifdir, ancaq bir tərəfi görür. Ehtiyat oyunçular skamiyamız digər tərəfdə olsaydı, yəqin ki, belə olmayacaqdı.
 
- Bir neçə dəfə texniki zonadan uzaqlaşdırılmısınız. Bunun səbəbi nədir? 
 
- Sakit ola bilmirəm. Bu, əsəb deyil. Mən həmişə belə olacam. İstəyirəm ki, futbolçularım da mənim kimi olsun. Bəlkə də, mən ehtiyat oyunçular skamiyasında olsaydım, komanda məğlub olmayacaqdı.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31