19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

"Mirabdullanın potensialı daha yaxşı olmağa imkan verir"

“Zirə”nin yarımmüdafiəçisi Mirsahib Abbasov Futbolxeber.az saytına açıqlama verib.
 
O, "Səbail"lə matçdakı texniki məğlubiyyət barədə bunları deyib: “Futbolda hərdən belə şeylər olur. Bu məsələ artıq geridə qalıb. Baş verənləri unutmuşuq. “Neftçi” ilə oyuna ciddi hazırlaşırıq. Əsas hədəfimiz də qalib gəlməkdi. Fikrimcə, “Neftçi”ni məğlub edə bilərik, bunu edə biləcək gücümüz də var".
 
Abbasov rəqibdən qorxmadıqlarını və qələbə üçün oynayacaqlarını söyləyib: "Nəinki “Neftçi”, ümumiyyətlə heç bir klubdan qorxmuruq. Əgər qorxacağıqsa, onda bu oyunu oynamayaq. Əsas məqsədimiz qalib gəlməkdi, buna da gücümüz çatar. “Neftçi”nin heyətində yaxşı futbolçular çoxdu, konkret kimisə fərqləndirmək istəmirəm".
 
Mirsahib "Neftçi" forması geyinən, qardaşı Mirabdulla haqda da xoş sözlər səsləndirib: "Mirabdullanın oyunu bir qardaş kimi məni sevindirir. Ancaq sabahkı görüşdə biz onunla rəqib olacağıq. Sabah meydanda qarşı-qarşıya gəlməyimiz bizdən asılı deyil, əgər məşqçilər şans versə oynayacağıq bir-birimizə qarşı. Belə oyunlardan öncə onunla mərcə girmirik, sadəcə oyuna köklənirik. Mirabdullanın uğurlarına həmişə sevinmişəm. Düşünürəm potensialı daha yaxşı olmağa imkan verir və buna nail olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31