19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

AFFA "Sumqayıt" və "Səbail"ə cərimə kəsdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.
 
Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə,  İK Topaz Premyer Liqanın 4-cü turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
 
Topaz Premyer Liqasının 4-cü turunun “Qarabağ” – “Sumqayıt” matçının 70-ci dəqiqəsində "Sumqayıt"ın futbolçusu Yusif Nəbiyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
 
Oyun başa çatdıqdan sonra “Sumqayıt”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.
 
Topaz Premyer Liqasının IV turunun “Səbail” – “Zirə” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
 
Topaz Premyer Liqasının IV turunun “Sabah” – “Qəbələ” matçının 75-ci dəqiqəsində “Sabah”ın futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31