19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Vaqner da Silva: "Bizim "Sportinq"lə matçda qələbə qazanmaq şansımız var"

"Öncədən oyunun çətin olacağını bilirdik. Çünki oyunun bəzi anlarında rəqibin bizə çətinlik yaşadacağını gözləyirdik. Bəzən elə olur ki, istədiyin alınmır. Buna baxmayaraq öz komandamı təbrik edirəm ki, bu çətinliyin öhdəsindən gələ bildik". 
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Qarabağ"ın qapıçı Vaqner da Silva Topaz Premyer Liqasının IV turunda evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib. 
 
- Oyun zamanı etdiyiniz qurtarışlar önəmli idi. Bəlkə də matçın taleyini həll etdiniz. Birinci hissədə də yaxşı seyv etdiniz. Bu şansla bağlıdır, yoxsa ustalıqla? 
- Belə məsələləri fərdiləşdirmək istəməzdim. Məğlub olanda da komanda şəklində uduzur. Udanda da komanda şəklində qələbə qazanırıq. "Qarabağ" böyük komandadır. Ona görə də, hər kəs öz işini görməyə çalışır. Oyun ərzində qapıya 2-3 zərbə gəlir. Biz də hazır olmalıyıq.  
 
- Avropa Liqasının qrup mərhələsində "Sportinq"lə qarşılaşacaqsınız. Portuqaliya çempionatında çıxış etmisiniz. Rəqibin güclü və zəif cəhətləri barədə nə deyə bilərsiniz? 
- Mən bu rəqibi yaxşı tanıyıram. Dəfələrlə onlara qarşı oynamışam. "Sportinq" mənə xoş anları xatırladır. O, komanda ilə oyunda xoş xatirələrim var. 9 dəfə o rəqibə qarşı oynamışam. İki dəfə məğlub olmuşuq. Çətin oyun olacağını bilirik. Biz bu oyuna da böyük ümidlərlə gedirik. 
 
- Son olaraq "Boavişta"nın heyətində çıxış edərkən iki oyunda da "Sportinq"ə məğlub olmusunuz. "Qarabağ"ın heyətində bu komandaya qalib gəlmək mümkündürmü? 
- İki məğlubiyyət son mövsümdə olub. Bizim "Sportinq"lə matçda qələbə qazanmaq şansımız var. Öz ölkəsinin ən güclü komandalarından biridir. Bunu deməyə ehtiyac yoxdur. "Qarabağ" da Azərbacyanın ən böyük klubudur. Onlar da bunu bilirlər. Bu barədə məlumatları var. 
 
- "Qarabağ"da rəqabət apardınız Hannes Halldorsson İslandiya millisində iki oyuna 9 qol buraxıb. Onun hazırkı vəziyyəti necədir? 
- Futbolda belə şeylər olur. Bu, təbii haldır. Onun kifayət qədər təcrübəsi var. Bu, istənilən qapıçının başına gələ bilər. Bu məsələlərə qarışmaq istəməzdim. Növbəti oyunda kimin oynayacağı barədə düşünmürük. Əsas məqsədimiz həmin oyunda müsbət nəticə qazanmaqdı



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31