8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

"Qarabağ"a hər hansı sürpriz etməyi düşünmürəm"

"Bakıya ilk dəfə 17 yaşadək futbolçular arasında Azərbaycanda təşkil olunan dünya çempionatı zamanı Serbiya millisinin baş məşqçisi kimi səfər etmişdim”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Olimpiya"nın baş məşqçisi İliya Stolitsa Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ”la sabah keçirəcəkləri cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
 
- Sabahkı oyunda da müdafiədən oynayacaqsınız?
- Hər iki komanda taktiki baxımından eyni üsluba üstünlük verdi. Nəticə oyuna görə olmadı. Belə görüşlərdə hər hansı səhv həlledici olur. Cavab görüşündə də eyni oyunun şahidi ola bilərik. Çünki komandaların oyun tərzi oxşardır.
 
- Abass İssanın olmaması, Branko İliçin zədəsi komandanın oyununa nə dərəcədə təsir edəcək?
- Hər iki futbolçu komanda üçün önəmlidir. Lakin heyətdə 11 futbolçu var. İliç hazırda bizimlə məşq etsə də, onun oynayıb-oynamayacağı matç saatında bilinəcək.
 
 
- "Qarabağ”a hansı sürprizi hazırlamısınız?
- "Qarabağ”ın bütün yoldaşlıq matçlarına baxmışdım. Rəqibə hansısa sürpriz etməyi düşünmürəm. Biz daim öz oyun üslubumuzu yaxşılaşdırmaq haqda fikirləşirik. Cavab matçında daha yaxşı çıxış etməyi planlaşdırırıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31