8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

"Sumqayıt" "Tufan"la qarşılaşacaq

2018/19 mövsümünə hazırlığını davam etdirən “Sumqayıt”ın əvəzedici komandası təlim-məşq toplanışının 2-ci mərhələsinə start verib.
 
Futbolxeber.az saytının məlumatına görə, Elbrus Məmmədovun yetirmələri gündə 2 dəfə olmaqla Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda çalışmalarını davam etdirir. 2-ci mərhələdə komanda 4 yoxlama görüşü keçirməyi planlaşdırır.
 
"Sumqayıt"ın əvəzediciləri 18, 21, 25 iyul və 1 avqust tarixlərində müvafiq olaraq Region Liqası təmsilçisi “Tufan” ilə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, “Səbail” ilə “Bayıl Arena”da, “Keşlə” ilə “İnter Arena” və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qarşılaşacaq. Bütün qarşılaşmalar saat 18:00-da start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31