9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

"Uypeşt"in kapitanı: "Neftçi" məğlubedilməz komanda deyil"

"Uypeşt"in kapitanı Robert Litauski "Neftçi" ilə oyun barədə danışıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Macarıstan klubunun üzvü cavab qarşılaşması haqda da fikirlərini bildirib: "Təəssüf ki, artıq həvəskar komanda səviyyəsinə enmişik. Meydandan kənarda baş verənlər məni başqa məqamlardan danışmağa məcbur edir. Komandamızın avrokuboklara vəsiqə qazanmasını 9 il gözləmişik. Mən klubumuzun sahibi Roderik Düşatele barədə yox, Bakıya səfəri ucuz etmək üçün hər yola əl atan rəhbər şəxslərimizdən danışıram.

Səfərimiz elə bərbad keçdi ki, hətta söz tapmağa çətinlik çəkirəm.  Biz çərşənbə günü səhər tezdən yola çıxdıq.  Çərşənbə axşamı klubdan mənə dedilər ki, viza ilə bağlı problemim var. Guya səfərə çıxmaq üçün lazım olan sənədləri doldurarkən səhvə yol verilib.  Və buna görə evdə qalmalıyam. Sonra dedilər ki, səni böyük ehtimalla Azərbaycana buraxmayacaqlar. Riskli olsa da, Azərbaycana getməyə qərar verdim. Beləliklə, 30 nəfərlik heyətlə yola çıxdıq.
 
Təyyarə iki dəfə yanacaq üçün eniş etməli oldu. Günümüz demək olar ki, yolda keçdi. Bakıya çatanda axşam idi.  Hətta təyyarə bələdçiləri və pilotlar da başverənlərə görə bizə “hansı günaha yola vermisiniz ki, sizi belə cəzalandırırlar” suallarını verirdilər”.
 
Təyyarədə ancaq sendviç yediklərini deyən Litauski Azərbaycana gec çatdıqları üçün oyunöncəsi məşqə çıxa bilmədiklərini deyib.  O, hava limanında problemlə üzləşdiyi üçün komandaya sonradan qoşulub: “Otelə gecə saat 1:30-da çatdım.  Nə yeyə, nə də içə bildim .Gün ərzində ancaq təyyarədə sendviç yemişdik. 
 
Hamı yatdığı vaxt mən özüm üçün məşq edirdim. Komanda yoldaşlarım Alassan Diallo və Obinna Nvobodoya baxanda mən daha yaxşı durumda idim.  Onlar viza ala bilməyərək, Budapeştə qayıtmağa məcbur oldular. Oyunboyu əziyyət çəkdik. Bu, böyük məyusluq idi.  Hamı bizə oyunumuza görə hücum edir.  Ancaq heç kim bərbad səfərimizdən danışmır.  Rəhbərlik müflis olduğunu bildirir.
 
“İnanıram ki, bir komanda kimi ayağa qalxaraq normal oynaya bilərik. Əlimizdən gələni edəcəyik, çünki “Neftçi” məğlubedilməz komanda deyil. Düzdü, büdcəmiz məhduddu. Hamımız istəkliyik, yolumuza davam etmək istəyirik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31