17 Dekabr 2018, Bazar ertəsi
Etopaz-da bu gün 17 canlı oyun
"Qəbələ" və "Qarabağ"dan qələbə
"Belə fikri yaxına da buraxmırıq"
Monroz da "Neftçi"yə keçəcək?

Ölkə futbolu

Nazim Süleymanov: "Hələ ki, həmin futbolçuları gözdən keçiiririk"

"Yeni mövsümün hazırlıqlarına 29-30 iyun tarixlərində dənizdə kross qaçışı ilə başladıq. İyulun 1-dən etibarən isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında toplu çalışmalara start verərək məşqləri davam etdiririk”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov klubun rəsmi saytına açıqlamasında deyib. Təlim-məşq toplanışını dəyərləndirən mütəxəssis hazırlıq dövründə keçirəcəkləri yoxlama oyunları barədə də məlumat verib:
 
“Hazırlıqlara həm əvəzedici komandadan dəvət olunmuş futbolçular, həm də baxışda olanlar qatılıblar. Hələ ki, həmin futbolçuları gözdən keçiririk. İyulun 15-nə kimi toplanışın ilk mərhələsi davam edəcək. Bu mərhələdə iki yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Rəqiblərdən biri “Sabah” olacaq. İkinci oyun üçün isə axtarışlarımız davam edir. “Sabah”la iyulun 11-də üz-üzə gələcəyik. 14-də qarşılaşacağımız rəqibin kimliyinə isə yaxın günlərdə aydınlıq gələcək”.
 
Təcrübəli mütəxəssis çempionatın startına kimi komandanı hazır vəziyyətə gətiəcəklərini deyib:
 
"İkinci yoxlama oyunundan sonra hazırlıq prosesinin 1-ci mərhələsi başa çatacaq. 2 günlük istirahətin ardından iyulun 16-sı Türkiyənin Bolu şəhərinə yola düşəcəyik. Orada hazırlığın 2-ci mərhələsi üçün təlim-məşq toplanışına start verəcəyik. Qonşu ölkədə olduğumuz müddətdə 4 yoxlama görüşü keçirməyi planlaşdırırıq. Çalışacağıq ki, toplanışın sonuna qədər komandanı çempionata hazır vəziyyətə gətirək".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31





Click to Visit