19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

"Qəbələ" və "Barselona" eyni qrupda

Çexiyada keçirilən 16 yaşadək futbolçulardan ibarət komandalar arasında “All Stars Cup” turnirində ilk oyun gününə yekun vurulub.
 
Futbolxeber.az saytının məlumatına görə, "Qəbələ”nin U-16 komandası I qrup mərhələsində 3 oyun keçirib.
 
İlk turda Yaponiya təmsilçisi “Avispa Fukuoka” ilə görüşən futbolçularımız meydanı xalsız tərk edib – 0:2. Yerli “Fastav Jlin”lə qarşılaşmada isə komandamız 1:0 hesabı ilə qalib gəlib.
 
Matçdakı yeganə qolu Aqil Nəsibov vurub. Son turda Portuqaliyanın “Porto” klubu ilə qarşılaşan U-16 0:4 hesabı ilə məğlub olub. Qrupu 3 xalla başa vuran “qırmızı-qaralar” 3-cü yeri tutub.
 
Sabah II qrup mərhələsinin oyunları baş tutacaq. Komandamızın bu mərhələdəki rəqibləri öz qruplarınnda qalib olan Almaniya “Herta”sı, 2-ci yeri tutan İspaniya “Barselona”sı və 4-cülüklə kifayətlənən Rusiya “Zenit”idi.
 
Bu gün keçiriləcək görüşlərdən sonra ilk iki günün nəticələrinə əsasən ən yaxşı 8 komanda mükafatlar uğrunda, digər 8 iştirakçı 9-16-cı yerlər üçün mübarizə aparacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31