9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

"Sumqayıt" yoxlama oyunu keçirəcək

Ötən turdə “Kəpəz”i məğlub edən “Sumqayıt” istirahəti başa vuraraq, hazırlıq proseslərini bərpa edib.
 
Futbolxeber.az xəbər verir ki, omanda bu gün saat 16:00-da “Kapital Bank Arena”da Samir Abasovun rəhbərliyi altında məşqə çıxıb. Hazırlığı komandanın rəhbərliyi də izləyib.
 
Nəzərinizə çatdıraq ki, Cavid İmamverdiyev, Amil Yunanov, Rəşad Eyyubov və Tural Axundov əsas, Ülvü İsgəndərov, Bəhlul Mustafazadə və Ehtiram Şahverdiyev isə U-21 millinin toplanışında olduğundan məşqdə iştirak etməyiblər.
 
Əvəzedici heyətdən isə bir neçə futbolçu hazırlıq prosesinə cəlb olunub. 1.5 saat davam edən məşqin ilk hissəsi yüngül qaçış, ikinci hissəsi isə toplu çalışmalarla keçirilib. 
 
Qeyd edək ki, “Sumqayıt” həftə sonu yoxlama görüşü keçirməyi planlaşdırır.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31