9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Böyükağa Hacıyevin vəziyyəti ağırdı

Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən AFFA-nın Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin vəziyyəti ağırdır.

Futbolxeber.az saytının yenicag.az-a istinadən verdiyi məlumata görə, bu barədə sözügedən komitənin sədri Vaqif Sadıqov açıqlama verib:

“Böyükağa Hacıyev Mərkəzi Kliniki Xəstəxanadan çıxarılandan sonra “Modern”də yatmalı oldu. Lakin palatada qala bilmədi. Yenidən reanimasiyaya yerləşdirildi. İndi də həkim nəzarətindədir. Ürək və qan dövranını bərpa etmək istəyirlər. Ürək heç olmasa 50 faiz işləməlidir ki, istənilən nəticəni əldə etmək mümkün olsun. Bəzi məqamlarda insanı tanıyır. Lakin təzyiq imkan vermir. Şiş də elə yerdədir ki, bütün orqanlara, xüsusən də ürəyə mənfi təsir edir. Durumu stabil-ağır olaraq qalır. Bu qədər müddətdə reanimasiyada qalması yaxşı əlamət deyil. Yenə də ümidimizi üzmürük”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31