26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Neftçi"nin üzərində hər zaman təzyiq var"

"Qələbə qazandığımız üçün çox sevinirik. Psixoloji baxımdan çox vacib qalibiyyət idi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi”nin futbolçusu Mirabdulla Abbasov Topaz Premyer Liqasının XV turunda "Kəpəz” üzərində 1:0 hesablı qələbəni şərh edərkən deyib.

Matçda vurulan yeganə qolun müəllifi olan 23 yaşlı hücumçu bildirib ki, "Neftçi”nin üzərində böyük təzyiq var: "Təlim-məşq toplanışındakı oyunlar çox da uğurlu getmirdi. Buna görə də təzyiq vardı. Yaxşı oyunla qələbə qazandığımız üçün şadam. Ehtiyatda qalmağım baş məşqçinin seçimidir, hörmətlə yanaşıram. Mənim vəzifəm çıxıb öz işimi  görməkdir.  Bu gün psixoloji cəhətdən çox çətin idi. Amma toparlanıb, yaxşı oyunla qalib gəldik. "Neftçi”nin üzərində hər zaman təzyiq var. Uşaqların daha inamlı oynayacağına inanıram. Növbəti turda "Sumqayıt”la qarşılaşacağıq. Bu rəqibi turnir cədvəlində keçmək üçün əlimdən gələni edəcəyik”.

Qeyd edək ki, Abbasovun "Kəpəz”lə oyunun 82-ci dəqiqəsində meydana daxil olub və 4 dəqiqə sonra qələbə qoluna imza atıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30