14 Dekabr 2018, Cümə
Ərsun Yanal yenidən "Fənərbaxça"da
“Bu gün futbolçularımdan razı qaldım”
“Qarabağ” "Arsenal"a uduzdu
Prezident Mircavadovu mükafatlandırdı

Ölkə futbolu

"Qəbələ"nin oyunu ləğv olundu

“Qəbələ” 2017-2018-ci illər mövsümünün hazırlığını Türkiyədə davam etdirir.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar” Antalyada təşkil olunan təlim-məşq toplanışının 9-cu gününü bir məşqlə başa vurub. Roman Qriqorçukun komandası günün ikinci yarısına təsadüf edən hazırlıq prosesini meydançada gerçəkləşdirib. Futbolçular əsasən toplu çalışmaları yerinə yetirib.

“Qəbələ”nin hazırlıq planında dəyişiklik edilib. Komanda yanvarın 14-də ikinci yoxlama oyununa çıxmalı olsa da, Qazaxıstanın “Atırau” klubu ilə görüş keçirilməyəcək. Buna rəqibin yoxlama görüşündən imtina etməsi səbəb olub. “Qırmızı-qaralar” toplanışın 10-cu günündə hazırlıqlarını qrafikə uyğun olaraq məşqlərlə davam etdirəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31





Click to Visit