27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Kəpəz”in qış hazırlıq planı müəyyənləşdi

Topaz Premyer Liqasında yaranan qış fasiləsi ilə əlaqədar olaraq “Kəpəz”in üzvləri istirahətə buraxılıblar.

Futbolxeber.az saytının məlumatına görə, komandanın tətil günləri gələn ilin yanvarın 4-nədək kimi davam edəcək. Sonrakı iki gün ərzində Bakıda tibbi müayinədən keçəcək futbolçular ayın 7-də baş məşqçinin sərəncamında olacaqlar. Məşqlər də bu tarixdən başlayacaq.

 Yanvarın 8-dən isə “sarı-göylər” gündə iki dəfə olmaqla təlim-məşq toplanışına start verəcək. Ayın 13-nə kimi komanda “Dalğa Arena”da qalıb çalışmalarını da burada davam etdirəcək. Daha iki gün isə futbolçular Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçəcək.

“Kəpəz”in üzvləri yanvarın 16-da istirahət edəcək. Bir gün sonra komanda Türkiyəyə gedəcək. “Kəpəz” hazırlığın bundan sonrakı hissəsini Antalyada davam etdirəcək. Gəncə klubu fevralın 2-nədək qardaş ölkədə olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30