27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

UEFA-dan AFFA-ya “Kəpəz”lə bağlı məktub daxil oldu

AFFA-ya UEFA-nın Fair-Play və Sosial Məsuliyyət Komitəsindən məktub daxil olub.

Futbolxeber.az-ın assosiasiyanın saytına istinadən verdiyi məlumata görə, komitənin sədri Peter Gillieronun imzaladığı məktubun əsli “Kəpəz” PFK-ya, surəti isə AFFA-ya ünvanlanıb. Məktubda Topaz Premyer Liqasının 11-ci turunda Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” - “Qarabağ” oyununda meydan sahibi komandanın üzvü Viktor Oseqeylin nümayiş etdirdiyi fair-play nümunəsi təqdir olunub.

Xatırladaq ki, qeyd olunan oyunun 26-cı dəqiqəsində, hesab 0:0 olarkən “Kəpəz”in futbolçusu Viktor Oseqeyl ilə “Qarabağ”ın qapıçısı İbrahim Şehiç arasında cərimə meydançası daxilində mübarizədən sonra qarşılaşmanın baş hakimi 11 metrlik cərimə zərbəsi təyin etmiş, Viktor Oseqeyl referiyə yaxınlaşaraq ona qarşı qayda pozuntusu olmadığını bildirmiş və hakim penalti qərarını ləğv etmişdi.

Viktor Oseqeylin ədalətli oyun prinsiplərinə sadiq hərəkəti barədə AFFA tərəfindən UEFA-nın Fair-Play və Sosial Məsuliyyət Komitəsinə məlumat verilmişdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30