9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Ndlovu: “Təzyiq altında “Qarabağ” yox, “Çelsi” olmalıdır”

"Qarabağ"ın futbolçusu Dino Ndlovu Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Çelsi" ilə matç öncəsi keçirilən mətbuat konfransında iştirak edib. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə oyunla bağlı fikirlərini bildirib.

- Komadada hamı bilir ki, "Çelsi" ilə oyun vacibdir. Rəqibə hörmət edirik. İlk oyunda əsl gücümüzü göstərə bilməmişdik. Sabah bütün gücümüzlə mübarizə aparacağıq.

- Qrupda üçüncü yeri tutmaq fikri komandada təzyiq yaradırmı?

- Hər zaman növbəti oyuna köklənirik. Biz təzyiq altında deyilik. Rəqibin növbəti mərhələyə yüksəlmək şansı var, təzyiq altında onlar olmalıdırlar. Sabah üçüncülük uğrunda mübarizə aparacağıq. Alınmasa, növbəti mövsümü düşünəcəyik.

- Premyer Liqada yaxşı oyun nümayiş etdirirsən. Bəs sabah Olimpiya stadionunda da azarkeşləri sevindirə biləcəksənmi?

- Əsas məqsədimiz xal və ya xallar qazanmaqdır. Hər birimiz bu məsələdə komandaya kömək etməyə çalışırıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31