9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Bakı Olimpiya Stadionundan azarkeşlərə müraciət

Bakı Olimpiya Stadionu (BOS) noyabrın 22-də Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ” və "Çelsi” arasında keçiriləcək oyunla əlaqədar azarkeşlərə müraciət edib.

Futbolxeber.az saytının məlumatına görə, BOS-un rəsmi "Facebook” səhifəsində stadiona gəliş-gediş sxemi təqdim edilib. Bildirilir ki, arenaya gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən, çıxış zamanı isə BNA tərəfindən təqdim olunan avtobuslara getmək lazımdır.

Həmçinin, İctimai Dayanacağa getmək üçün N qapısında yerləşən Şimal körpüsündən, metronun "Koroğlu” stansiyası üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə edilməlidir. Heydər Əliyev prospektində yerləşən İctimai Dayanacaq oyuna 3 saat qalmış açıq olacaq. Qeyd edək ki, sabah BOS-da təşkil olunacaq matç saat 21:00-da start götürəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31