9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Kontedən gözlənilməz addım

"ÇELSİ" BAKI OLİMPİYA STADİONUNDAN İMTİNA ETDİ

"Çelsi" Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la səfər oyunu öncəsi son məşqini matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda yox, 8-ci kilometr qəsəbə stadionunda keçirəcək.

Futbolxeber.az saytının məlumatına görə, məşq sabah saat 15:00-da başlayacaq.

Qeyd edək ki, adətən qonaq komandalar oyunöncəsi son məşqlərini matçın oynanılacağı stadionda keçirirlər.

London təmsilçisinin bu gözlənilməz addımı ilə bağlı “Qarabağ” klubunun baş meneceri Asif Əsgərov qol.az saytına açıqlama verib. O deyib:

“Bu, böyük ehtimalla baş məşqçinin seçimidir. Antonio Konte hələ İtaliya millisini çalışdırarkən Azərbaycanla matça gələndə də (oktyabr, 2015-ci il - red.) oyunöncəsi məşqi Olimpiya stadionunda yox, “Azərsun Arena”da keçirmişdi. Belə addım atmaqda onun məqsədi bu idi ki, komandanın məşqi qapalı keçsin və heç kim hazırlığa baxa bilməsin. O zaman onlar şərt qoymuşdular ki, kənar heç kim məşqə baxa bilməz. Görünür, bu dəfə isə o, “Çelsi” üçün qapalı ərazini seçib. Hətta bildiyimə görə, futbolçuların motivasiyasını poza biləcək kənar təsirlərin olmaması üçün məşq zamanı stadiona 150 nəfərədək polis əməkdaşı cəlb olunacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31