19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Yunis Hüseynov: “Etimadı doğrultmağa çalışacağam”

“Kəpəz”in əsas komandasının baş məşqçisi təyin olunan Yunis Hüseynov kapazpfc.az saytına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli məşqçi təyinatı ilə bağlı belə danışıb:

“Təyinata görə klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. Etimadı doğrultmağa çalışacağam. Gəncə və “Kəpəz” mənim üçün çox doğmadır. Burada doğulmuşam, boya-başa çatmışam. Futbolda da ilk addımlarımı “Kəpəz”də atmışam. Mənim üçün elə karyeramı bu klubda başa vurmaq da önəmli olub. Gəncə futbol şəhəridir, azarkeşlər bu idman növünü çox sevirlər. Təsadüfi deyil ki, “Kəpəz”in fanatları tamaşaçı sayına görə ölkədə 1-ci yerdədirlər. Elə azarkeşlik etmək baxımından da öndə gedirlər. Gəncəlilər həmişə futbolçulara dayaq, dəstək olublar. İnanıram ki, bundan sonra da onların dəstəyini hiss edəcəyik və azarkeşlərin istədiyi komandanı yaradacağıq.

Azarkeşsiz futbol oynamaq çətin bir şeydir, özüm oynamışam və görmüşəm. Azarkeş olmayan yerdə futbolçu özünü rahat hiss etmir. İlk növbədə onların dəstəyi lazımdır. Son mövsümləri izləyirəm və görürəm ki, fanatlar yenə “Kəpəz”in yanındadırlar. Mən Gəncədə oynayanda da belə idi, indi də bu cürdür. Komanda SSRİ birinciliyində çıxış edəndə stadion həmişə dolu olub. Yaxşı da, pis də oynayanda azarkeşlər “Kəpəz”ə dayaq durublar. Onlara səslənib demək istəyirəm ki, yenə komandaya dəstək versinlər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31