9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Ruslan Qurbanovdan səmimi etiraf: “Hakim səhv etdi, top məndən çıxmışdı”

Topaz Premyer Liqanın XII turunda “Neftçi” ilə görüşdə “Qəbələ”nin bərabərlik qolunu vurduğu künc zərbəsi zamanı topun “ağ-qaralar"ın müdafiəçisindən deyil, Ruslan Qurbanovdan kənara çıxması müzakirələrə səbəb olub.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ”nin yarımmüdafiəçisi “Facebook”da yazdığı statusla topun rəqibdən deyil, ondan çıxdığını etiraf edib:

“Biz qol vurduğumuz künc zərbəsi barədə fikrimi demək istəyirəm. Futbolçuyam və mənim öhdəliyim komandama fayda verməkdir. Bəli, top məndən çıxmışdı. Lakin bu, mənim səhvim deyil. İstəmərəm ki, hakimə də ziyan gəlsin. Çünki o səhvə yol vermişdi.

O ki qaldı penaltiyə, mən topa yaxınlaşdım və zərbə endirdim. Bu mövsüm hələ fərqlənməmişdim. Məqsədim hər oyunda qol vurmaqdır, çünki hücum xəttində çıxış edir. Mən “Neftçi”yə hörmət edirəm, çünki orada bir neçə il keçirmişəm. Mən “Forza Neftçi”nin üzvlərinə də, azarkeşlərə də hörmətlə yanaşıram. Rəhbərliyə də hörmətim var. İstəmərəm ki, kimsə haqqımda pis danışsan. Məncə, hər kəs başa düşəcək ki, bu, futboldur. Məqsədim hər oyunda qələbə qazanmaqdır”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31