19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Qriqorçuk: “Qışdan sonra əsas heyəti formalaşdıra biləcəyik”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 12-ci turunda səfərdə “Neftçi”yə 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis öncə matçla bağlı fikirlərini bildirib:

- Bu, turda son matç idi. Bizdən öncə əsas rəqiblərimiz turu 3 xalla başa vurmuşdular. Buna görə, bu gün qalib gəlməli idik. Oyundan razı qaldım. Əsas odur ki, 3 xal qazandıq. Bizim üçün vacib qələbə idi. Sevinirəm ki, bu gün qalib gəldik.

- Uzunboylu müdafiəçilərə sahib olsanız da, standart vəziyyətlərdə qollar buraxırsınız. Bunun səbəbi nədir?

- Düzdür, hündür oyunçularımız var. Lakin hər şey boydan asılı deyil. “İkinci mərtəbə”də oynamağı bacarmaq lazımdır. Standart vəziyyətlər zamanı çox həyəcan keçiririk. Bunun üzərində işləmək lazımdır.

- Hesab 2:2 olan zaman hansı hissləri keçirirdiniz?

- Həmin anda nəticə barədə düşünmürdüm. Oyunun sonuna hələ vaxt var idi. Sadəcə, necə qələbə qazana biləcəyimizi fikirləşirdim.

- Oyunda çox erkən əvəzləmə etdiniz. Elvin Məmmədovun yerinə Ruslan Qurbanova şans verdiniz. Belə tez əvəzetməyə səbəb nə idi?

- Qola qədər Elvin səhv etdi. Standart vəziyyətdə də həmçinin. Bu cür səhvə yol verməməli olduğunu demişdik. Onun əvəzlənməsi cəzalanması demək deyil. Sadəcə, yenidən eyni səhvə yol verməsini istəmədim.

- “Neftçi” ilə ilk oyundakı qələbə ilə bu qələbə arasında nə kimi fərq görürsüz?

- Birinci oyundan da öncə demişdim ki, “Neftçi” güclü komandadır və turnir cədvəlində layiq olduğu yerdə deyil. Bu komandanın potensialı var və bunu nümayiş etdirir. Bu gün bunun bir daha şahidi olduq.

- Qış fasiləsi ilə bağlı hansı planlarınız var?

- Planlar yalnız kağız üzərindədir. Təəssüf ki, keçən il belə hal olmuşdu ki, planlaşdırdığımız oyunlar sonra baş tutmadı. Ona görə də əvvəlcədən nəsə demək istəmirəm. Bununla bağlı komandanın meneceri Səbuhi Səfiyarlıya müraciət etməyiniz məsləhətdir.

- Ötən mövsüm əsas heyəti daha tez formalaşdırmışdınız, bu mövsümdə isə hələ də axtarışdasınız...

- Bununla razıyam. Bu il əsas heyətimiz tam formalaşmayıb. Bunun da bir neçə səbəbi var. Məsələn, Ozobiçin zədələnməsi kimi. Qış fasiləsindən sonra əsas heyəti formalaşdıra biləcəyik (qol.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31