26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Başqa nəticə bizə sərf etmir"

“Elə fikirləşirəm ki, artıq komandada hamı qələbə qazanmağın, uğurlu nəticə əldə etməyin vaxtı çatdığını düşünür. Başqa nəticə bizə sərf etmir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in futbolçusu Məhəmməd Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.

O, Topaz Premyer Liqanın 12-ci turunda "Səbail"lə keçiriləcək oyun haqda danışıb: "Yalnız qalib gəlməliyik. Bizim üçün vacib oyundur. Ona görə də matça ciddi hazırlaşmışıq. Məşqlərimiz yaxşı keçib. Çempionatda yaranan fasilə komandanın xeyrinə işləyib. Yaxşı hazırlaşmaq, çatışmazlıqları aradan qaldırmaq üçün daha çox vaxtımız olub”.

Son iki matçda 90 dəqiqə meydanda olan komandanın yeni transferi oyununda irəliləyiş olduğunu bildirib: "Hansı səviyyədə hazır olduğumu qarşıdakı oyun göstərəcək. Fiziki planda irəliləyişlər var. Az da olsa artırdığımı düşünürəm. Bunun üzərində çalışıram. Zamanla hər şey yoluna düşəcək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30