9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Elxan Məmmədov: “Sübutları varsa, buyursunlar”

“Belə məğlubiyyət təəssüf doğuru. Başa düşürük ki, Almaniyaya qarşı oynamaq çətindir. Lakin nəticə gözlədiyimizdən daha ağır oldu”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov U-21-in Avro-2019-un seçmə mərhələsində Almaniyaya 0:7 hesablı yenilgini şərh edərkən deyib.

Baş katib millinin AFFA-dan ayrıca mətbuat katibinin olacağı barədə sualı belə cavablandırıb: “Bu, yaxşı təcrübədir. İndi milli eyni zamanda 2 seçmə mərhələdə çıxış edəcək. Millinin ayrıca mətbuat katibinin olması normaldır. Amma bu məsələni ilk öncə baş məşqçi ilə müzakirə etməliyik”.

Elxan Məmmədov “Kəpəz”in maliyyə menecerinin ölkə mətbuatına müsahibəsində klubdakı maliyyə yeyintisi ilə bağlı səsləndirdiyi fikrə də münasibət bildirib: “Problemimiz odur ki, biz həddindən artıq şəffaf təşkilatıq. Özümüz “Kəpəz”dəki çatışmazlıqlar barədə məlumat yaydıq. Kimsə bundan bəhrələnir və məsələni şişirdir. Adımın bu məsələdə hallanmasına gəldikdə, sübutları varsa, buyursunlar. Bəziləri bu məsələni süni şəkildə gündəmdə saxlamağa çalışırlar. “Kəpəz”in büdcəsi barədə məlumat AFFA-nın saytında da yer alıb”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31