9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Qurban Qurbanov: “Belə nəticədən sonra nəsə demək çətindir”

“Belə nəticədən sonra nəsə demək çətindir. Daha yaxşı nəticəyə ümid edirdik. Bu cür yenilgi və hesab problemləri aşkara çıxardır. Çatışmazlıqlar çoxdur”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri əsas millimizin baş məşqçisi Qurban Qurbanov U-21 yığmamızın Almaniyaya 0:7 hesablı məğlubiyyətini şərh edərkən deyib.

Görüşü izləyənlər arasında “Zirə”nin sabiq məşqçisi Adil Şükürov də var idi. Yayılan xəbərlərə görə, Şükürovun aşağı yaş qrupları üzrə millilərdən birinə baş məşqçi gəlmək ehtimalı var. Lakin Qurbanov indidən bu haqda danışmağın tez olduğunu bildirib: “Hələ ki ciddi bir şey yoxdur. Bu, 1 və ya 2 günün işi deyil. Namizərləri AFFA ilə müzakirə etmək lazımdır. Əsas millidəki köməkçim olmağa namizədlər var. Lakin onların təyinatı hələ rəsmiləşməyib”.

Qurbanov millininn ayrıca mətbuat xidmətinin olacağı barədə suala da cavab verib: “İndi bu barədə damışmaq düzgün olmazdı. Dekabrda mətbuat konfransı keçirərək bütün suallara cavab verəcəyik”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31