19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

“Qarabağ” bizdən 15 xal irəlidə deyil ki, çempionluqdan əlimizi üzək”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun müsahibəsi

- Çempionatda yaranmış fasilə xeyrinizə olacaq, ya ziyanınıza?

- Bu gündən məşqləri bərpa etdik. Biz vəziyyəti olduğu kimi qəbul edirik. Əgər fasilə yaranıbsa, ondan maksimum yararlanmalıyıq. Bunun bizə mənfi təsir göstərəcəyini deyə bilmərəm. Dediyim kimi, vəziyyəti olduğu kimi dəyərləndiririk.

- Premyer Liqada 11 turdan sonra 22 xal toplamısız. Bu nəticə sizi qane edirmi?

- Ümumilikdə, normal adlandırmaq olar. Təbii ki, daha çox xal toplamaq istərdik. Amma bütün məqamları nəzərə alsaq, bu nəticə nə pis, nə də yaxşıdı. Yəni orta səviyyəli sayardım. Topladığımız xal məni qane edə bilməz. Amma digər tərəfdən başa düşürəm ki, daha çox xal qazanmaq üçün komanda həddindən artıq təşkilatlanmış oyun göstərməlidi.

- Baqali Dabo son vaxtlar inamlı təsir bağışlayır. Onu hazırda komandanın lideri adlandırmaq olarmı?

- Dabo son vaxtlar çox inkişaf edib. İndi əvvəlki Dabodan daha güclüdü. Liderliyə gəlincə, onun qollar vurması bizi sevindirir. Çox istərdim ki, komandada qol vuran futbolçu bir nəfər olmasın. Yəni digər oyunçulardan da qol gözləyirəm. Bu, ideal olardı.

- Dabonu cari mövsümdə daha çox cinahda oynadırsız. “Artırmağında” bunun rolu varmı?

- Hücumda çıxış edən futbolçu yalnız mərkəzdə və ya cinahda oynamamalıdı. O, matçın gedişindən asılı olaraq, müxtəlif mövqelərdə yer ala bilər və buna hazır olmalıdı. Dabo həmin futbolçulardandı ki, onda həm mərkəzdə, həm də cinahda oynamaq yaxşı alınır.

- “Qəbələ” 11 oyunda qapısından 11 top buraxıb. Çempionatın ən az fərqlənən komandası “Səbail” 6 qoldan 2-ni məhz sizinlə görüşdə vurub. Arxa xəttin çıxışından razısızmı?

- Yalnız qapıçı və müdafiəçilərin çıxışı haqda danışmaq düz olmaz. Çünki müdafiə olunmaq komanda şəklində həyata keçirilməlidi. Bu il asan toplar buraxırıq. Sadə səhvlərdən qapımızda qollar görürük. Təbii ki, bu, mənfi məqamdı.

- Komandanızın heç nədən qollar buraxmasının səbəbini nədə görürsüz?

- Daha çox fərdi səhvlərdən qaynaqlanır. Hansısa futbolçumuz müdafiədə gözlənilməz səhv edir və o cür qol alınır.

- Ehtiyatında 1 oyun olan “Qarabağ” sizdən 3 xal öndədi. Komandanızın çempionluq şansı real görünürmü?

- Aramızda çox fərq yoxdu. “Qarabağ” bizdən 15 xal irəlidə deyil ki, çempionluqdan əlimizi üzək. Məni rəqibin nə qədər xal topladığı yox, öz oyunumuz maraqlandırır. Futbolda hər şey mümkündü.

- Qurban Qurbanovun Azərbaycan yığmasının yeni baş məşqçisi təyin edilməsini necə qarşıladız?

- Qurbanı təbrik etdim. Ona millidə də uğur qazanmağı arzulayıram.

- Paralel olaraq, “Qarabağ” və millidə çalışması ona çətin olacaqmı?

- Qurbanın eyni anda hər iki işin öhdəsindən gələcəyini düşünürəm. O, güclü məşqçi və insandı.

- Bizdə olan məlumata görə, yayda “Yagelloniya”dan təklif almısız. Polşa klubu Avropa Liqasında “Qəbələ”yə uduzduqdan sonra xidmətinizdə maraqlı olub, lakin təklifdən imtina etmisiz...

- Təkliflər haqda suallara heç vaxt şərh vermirəm. Çünki bunu düzgün saymıram. Mənə hansı təkliflərin gəldiyinə həmişə şərhsiz yanaşmışam.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31