26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Rauf Əliyev: “Çexiyadan Bakıda da xal almaq olar”

Albaniyanın “Kukesi” klubunun formasını geyinən azərbaycanlı hücumçu Rauf Əliyev “Skenderbeu”ya uduzduqları oyunla bağlı fikirlərini bölüşüb.
 
Futbolxeber.az saytının məlumatına görə, o, bunları söyləyib: “Bəli, təəssüflər olsun ki, uduzduq. Halbuki, bizim üçün çox vacib matç idi. Son dəqiqələrdə penaltidən qol buraxmağımız bizə də pis təsir etdi. Amma nə etmək olar, bu, futboldu. Çalışacağıq ki, bu məğlubiyyəti unudub, növbəti matçlara hazırlaşaq”.
 
Rauf Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Çexiyaya qarşı keçirəcəyi oyundakı şansları barədə də danışıb: “Çətin matç olacaq. Yığmamız səfərdəki görüşdən xal götürə bilmişdi. Hesab açılmasa da, qol da buraxmamışdıq. Bu dəfə isə komandamız Bakıda oynayacaq. Məncə, Bakıda çexlərdən xal almaq olar”.
 
Əliyev komandamızın kapitanı Rəşad Sadıqovun milli karyerasını başa vurmaq qərarına da toxunub: “Onun millidəki son oyunudu. Rəşadın Azərbaycan futboluna çox köməyi dəyib. Ona hamının dəstək olacağını düşünürəm. Rəşada bundan sonrakı karyerasında da uğurlar arzu edirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30