27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Rövnəq Abdullayev: "Ölkəmizin bütün futbolsevərlərini təbrik edirəm"

UEFA-nın İcraiyyə Komitəsinin iclasında 2019-cu ildə keçiriləcək UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin final oyununu qəbul edəcək stadionların adları açıqlanıb.
 
Sport24.az xəbər verir ki, bununla bağlı AFFA-nın prezidenti Rövnəq Abdullayev açıqlama verib: 
 
“2019-ci ildə təşkil olunacaq UEFA Avropa Liqasının Bakıda keçirilməsi ilə bağlı qəbul olunmuş qərar hər birimiz üçün çox sevindiricidi. Bu münasibətlə ölkəmizin bütün futbolsevərlərini təbrik edirəm. Bakı Olimpiya Stadionunun qitənin mötəbər klub turnirinin final oyununa ev sahibliyi etməsi respublikamızın idman həyatında əlamətdar hadisədi. Açıqlanan qərarın Azərbaycanda futbolun inkişafına öz töhfəsini verəcəyinə əminik. Belə bir nüfuzlu turnirin oyunlarına ev sahibliyi etməyimiz Respublika Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu idman siyasətinin nəticəsidi. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirik. UEFA İcraiyyə Komitəsinə prezentasiyamızı yüksək qiymətləndirdiyinə görə, minnətdarlığımızı bildirir və bu etimadı da əməli işimizlə doğruldacağımıza inanırıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30