9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

AFFA prezidenti: “Norveç bizə qarşı xüsusi hazırlaşacaq”

AFFA prezidenti Rövnəq Abdullayev dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveç - Azərbaycan görüşü barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, assosiasiya rəhbəri dsport.az-a açıqlamasında Azərbaycan millisinin bu oyuna xüsusi motivasiya ilə çıxacağını bildirib:

"Səfərdə oynamaq həmişə çətindi. Qrupdakı vəziyyətə gəlincə, nəzəri cəhətdən yüksək yerləri tutmaq şansımız var. Norveç ilk oyundan sonra bizə qarşı xüsusi hazırlaşacaq. Millimizdə də motivasiya var. Səfərdə müsbət nəticə xal sayımızı artıracaq. Ümumiyyətlə, cari seçmə mərhələdə yaxşı oyunlarımız çox oldu. Milli bu mövsüm pis oynamır, hər matçda demək olar, sona qədər mübarizə aparır. Norveçdə də komandamızdan yaxşı oyun gözləyirik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31