23 Avqust 2019, Cümə
III turun oyun cədvəlini açıqlandı
"Estremadura" Mahirdən imtina edir
Milli komandamız PES-2020-də
Xanım Dabo da Bordindən narazıdı

Ölkə futbolu

"Kopenhagen"in baş məşqçisi: "Azərbaycana vurduğum qollar yadımdadı"

"Kopenhagen"in baş məşqçisi Stole Solbakken  Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la ilk oyun öncəsi mətbuat konfransı keçirib.
 
Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında jurnalistlərin suallarını cavablandırıb.
 
-  Bakıda hava şəraiti normaldır. Deyilənə görə, meydança da yaxşıdır. Rəqibimiz keyfiyyətli komandadır. Ev oyunlarında  yaxşı çıxış edirlər. Son üç mövsümdəki nəticələri də bunu sübut edir. Lakin biz də yaxşı nəticə ilə qayıtmaq istəyirik.
 
- Heyətdəki problemlər "Kopenhagen"ə necə təsir edə bilər?
 
- Yohansan zədəlidir, lakin bunu itki hesab etmirəm. Onun yerini dolduran oyunçu var. Əlimizdə olan futbolçularla yaxşı nəticə qazanmağa çalışacağıq.
 
- "Qarabağ"ın hansı özəlliyi sizi daha çox narahat edir?
 
- Rəqibin hücum triosunu qeyd etmək istəyirəm. Onların hər biri oyunun taleyini həll edəcək futbolçudur. Lakin "Qarabağ" təkcə onlardan ibarət deyil. Bizim kimi, "Qarabağ"ın da yaxşı Avropa təcrübəsi var.
 
- Vaxtilə keçirilmiş Norveç - Azərbaycan matçında komandanızın 5 qolundan 2-nə siz imza atmışdınız. Həmin matçda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da iştirak etmişdi. Sizcə, bu məqam rəqibdə sizə qarşı qisas hissi yarada bilərmi?
 
- Futbolçu karyeramda çox qol vurmuşam, hər birini xatırlamıram (gülür). Amma Azərbaycana vurduğum qollar yadımdadı. Millidə ilk qollarım idi. Lakin həmin görüşlə müqayisədə Bakıda 1:0 hesabı ilə qələbə qazandığımız qarşılaşmanı daha yaxşı xatırlayıram. Çünki həmin qələbə ilə dünya çempionatına vəsiqəni təmin etmişdik (qol.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31