29 May 2020, Cümə
Klublar Komitəsinin iclası olacaq
Azərbaycanda futbolsuzluq başa çatır
“Qarabağ"da bosniyalı yarımmüdafiəçi?
“Qəbələ”dən ardıcıl 5-ci çempionluq

Ölkə futbolu

Diniyev: "Uduzmaqdan qorxmuruq"

“Mövsümün əvvəlində fiziki təməlin qoyulması üçün bu təlim-məşq toplanışı çox vacibdir. Çünki indi görülən iş çempionat ərzində komandaya yardımçı olacaq”.

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına açıqlamasında deyib.

O, komandanısının Ərzurum hazırlığını dəyərləndirib: “Futbolçuların fiziki baxımdan hazırlanması üçün mütləq yaxşı hazırlıq olmalıdır. Bizim Ərzurumu seçməyimiz də təsadüfi deyil. Burada hava sərindi, uyğun şərait var və komanda üçün dəyərli toplanış olacaq. Premyer Liqa oyunlarında Türkiyə hazırlığının bəhrəsini görəcəyik”.

“Kəpəz” dünən ilk yoxlama oyununda "Samsunspor"a uduzub. Şahin Diniyev bununla bağlı da fikirlərini bildirib: “Əlbəttə, fiziki işin, yorğunluğun fonunda yoxlama oyunlarından nəticə gözləmək düzgün olmaz. Ya sınaq oyununa hazırlaşıb nəticə verməliyik, ya da ki, çempionatda uğurlu çıxış etmək üçün öz işimizi görməliyik. Oyun olan günü də oyunçulara fiziki məşqlər keçirilir. Matçın nəticəsi bir o qədər önəmli deyil, əsas futbolçuların durumu bizə maraqlıdır. Ayrı-ayrı mövqelərdə olan problemlərimiz üzərində çalışırıq və futbolçuları belə matçlarda  yoxlayacağıq. Dəyişikliklər olacaq. Udub-uduzmaqdan qorxmuruq, hər bir oyunçunun potensialına yaxından bələd olmaq üçün bu yoxlama oyunları vacibdir. Təbii ki, komandada qələbə ruhunun olmasını istərdim. İstəsək və istəməsək belə futbolçuların özünə inamı artırması üçün nəticə də mütləqdir. Amma məşqçi kimi mən nəticəyə yox, uşaqların göstərdiyi performansa fikir verəcəm. Məni mövqelərdə hansı oyunçudan necə yararlanacağımız maraqlandırır. Sınaq görüşləri həm də əsas heyəti formalaşdırmaq üçün lazımdır”.

Şahin Diniyev futbolçuların hazırlığa necə yanaşmasından da danışıb: “Məni sevindirən məqam oyunçuların məsuliyyəti dərk etməsidir. Uşaqlar hazırlıq dövrünə ciddi yanaşırlar, son iki mövsümdə bizdə əla kollektiv olub, elə indiki heyət də ondan geri qalmır. Komandanın məqsədi futbolçulara aydındır. Peşəkardırlar, çox şeyi deməyə ehtiyac yoxdur. Verilən tapşırıqları istədiyimdən də artıq yerinə yetirirlər. Yeni gələn yerli və legioner oyunçular komandanın ab-havasına uyğunlaşıblar, öz üzərlərində ciddi işləyirlər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2020
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31