27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Zaur Svanadze: “Onlara göstərməliyik ki…”

Sabah Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda təmsilçimiz “İnter” evdə “Fola” (Lüksemburq) qəbul edəcək. Futbolxeber.az-ın məlumatına görə, Bakı klubunun baş məşqçisi Zaur Svanadze bu gün keçirilən oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 
- Oyuna ciddi hazırlaşırıq. Lüksemburq futboluna zəif demək olmaz. Unutmayaraq ki, bu ölkə Avropa Liqasında "Reyncers" kimi klubu kənarlaşdırıb. İndi hamı futbol oynamağı öyrənib. Zədəli futbolçumuz yoxdu. Hamı özünü yaxşı hiss edir. Çalışacağıq ki, futbolçularımız rahatlaşmasın, meydana arxayın çıxmasın. Bu yöndə işləyirik.
 
- "Zirə" də Avropa Liqasında Lüksemburq klubu ilə oynayaraq mübarizədən kənarlaşdırdı. "Differdanj"la "Fola"nı necə müqayisə edərdiniz?
- Rəqibimizin bir neçə oyununa baxmışam. Komanda meydanda çox hərəkətllidi. Hücum xətti güclüdü. Mərkəz hücumçusu Hacı rəqibin əsas "vuran ayağı"dı. Topu yaxşı saxlayır. Cinah yarımmüdafiəçiləri də çox güclüdü. "Fola"nın heyətində bir neçə legioner də var. Bu da komandanın səviyyəsindən xəbər verir. Hər halda, öz oyunumuza xüsusi diqqət yetirməliyik. Onlara göstərməliyik ki, oyunda meydan sahibi kimdi.
 
- Futbolçularınızda güclü rəqib olan Serbiya "Mladost"u sıradan çıxardıqdan sonra  arxayınlıq yaranması ilə bağlı narahatçılığınız varmı?
- Həmişı belə narahatçılıq olur. Bəli, bundan ehtiaytlanıram. Ancaq futbolçularımız dərk etməlidi ki, hər şey öz əlimizdədir. Arxayınlıq olsa, bu, sonda komandaya mənfi təsir göstərəcək. Əksinə, komandanın çətin vəziyyətdən xilas etmək üçün nəticə qazanmaq lazımdı.  
 
- "İnter"in "İnter Arena"dan çıxarılması gərginlik yaradırmı?
- Bu qeyri-müəyyənlik artıq 3 ildir klubda var. Ancaq biz bu vəziyyətə alışmışıq. Futbolçular meydana çıxanda bu kimi şeyləri unudurular.
 
- "İnter" ilk oyuna 23, indisə 18 futbolçu sifariş edib. Bunun səbəbi nədir?
- Kim deyib ki, 18 futbolçu sifariş etmişik? UEFA-da 23 nəfərlik heyətimzi var. Sadəcə, 18 futbolçu A, 5 gənc futbolçu isə B siyahısındadı.
 
- Adətən qalib heyəti dəyişməzlər. Buna əsasən demək olar ki, "Mladost"la oyuna müqayisədə, heyətdə dəyişiklik gözlənilmir?
- Qalib heyət varsa, ona toxunmaq lazım deyil. Bunu lazım bilmirəm. 99,9 faiz əvvəlki heyət olacaq. Təbii ki, son anda zədəli və ya xəstə futbolçu olarsa, məcburi heyətdə dəyişçiklik etməli olacağıq.  
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30