19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

“Dinamo”nun baş məşqçisi: “Qarabağ”a olan hörmətimə baxmayaraq...”

Moskva “Dinamo”sunun baş məşqçisi Yuri Kalitvintsev yoxlama oyununda “Qarabağ”ı 1:0 hesabı ilə məğlub etdikləri görüşdən danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 49 yaşlı mütəxəssis “Qarabağ”ın daha yaxşı formada olacağını düşündüyünü, lakin fərqli bir mənzərə ilə qarşılaşdığını bildirib:

“Biz bu oyuna çox ciddi hazırlaşmışdıq. “Qarabağ”ın səviyəsi bizi buna məcbur edirdi. “Qarabağ” yaxşı təşkilatlanmış, təcrübəli, hər il Avroliqada və Çempionlar Liqasında kollektivdi.

Məntiqlə onların hazırlıq durumu daha yüksək səviyyədə olmalı idi. Çünki tezliklə avrokuboklar başlayır. Bu klubu bəyənirəm və onların çıxışını mütəmadi izləyirəm.

“Qarabağ”a olan hörmətimə baxmayaraq, bugünkü görüşə əsasən meydandakı komandalardan hansının 2 həftə sonra Çempionlar Liqasında meydana çıxacağını söyləmək çətindi”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31