19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

“Qəbələ” Zalsburq toplanışına start verdi

“Qəbələ” 2017/18 mövsümünə hazırlıq çərçivəsində ikinci təlim məşq-toplanışına start verib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qırmızı-qaralar” iyunun 27-də Avstriyanın Zalsburq bölgəsində bir araya gəlib.

Komanda toplanışın ilk gününü bir məşqlə tamamlayıb. Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi toplu çalışmalardan ibarət olub. Roman Qriqorçukun yetirmələrinin bu günə iki məşqi nəzərdə tutulub. İlk hazırlıqda fiziki hazırlıq üzərində çalışacaq komanda günün ikinci yarısında meydanda məşq edəcək.

Xatırladaq ki, iyunun 3-də Bakıda bir araya gəlib, ayın 7-23-də Avstriyanın Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində təlim-məşq toplanışında olan “Qəbələ”nin hazırlıq prosesinin ikinci hissəsi iyulun 9-dək davam edəcək. Bu müddətdə komanda üç yoxlama oyununda qüvvəsini sınayacaq




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31