27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Ayxan Abbasov rəqibi dəyərləndirdi: “Bu bizim üçün üstünlükdür”

Bu gün Avropa Liqasında 2017/18 mövsümünün 1-ci və 2-ci təsnifat mərhələsinin püşkü atılıb. Futbolxeber.az-ın məlumatına görə, İsveçrənin Sürix şəhərində keçirilən mərasimdə klublar rəqiblərini tanıyıblar.
 
Mübarizəyə ilk təsnifat mərhələsindən start verəcək təmsilçimiz “Zirə” Lüksemburqun “Differdanj” klubuna rəqib olub. Bakı təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun Avropa Liqasının I təsnifat mərhələsi haqda fikirlərini açıqlayıb: 
 
"Differdanj" Ölkəsinin ən güclü 2 klubundan biridir. Turnir cədvəlinə baxdım, komanda çempionla eyni xalı toplayıb və yalnız top fərqinə görə ilk sıranı əldən verib. Bundan sonra rəqib haqda daha da geniş məlumat toplamağa çalışacağıq. Oyuna ciddi hazırlaşacağıq. İlk oyunun evdə olması bizim üçün üstünlükdür. Bakıya döndükdən sonra həm hazırlaşmaq, həm də rəqibi analiz etmək üçün vaxtımız olacaq. Avropa liqasında debüt edəcəyik, təcrübəmiz azdır. Çətin olacağını bilirik. Çalışacağıq ki, qarşıdakı iki oyunda yaxşı oynayıb turu keçək".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30