26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Qarabağ" məşqlərə start verdi

“Qarabağ” bu gündən etibarən 2017/18-ci illər mövsümünün hazırlıqlarına start verib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, ilk məşq günorta saatlarında klubun bazasında start götürüb.

Komandanın ilk məşqində Dino Ndlovu, Arif Daşdəmirov və Elvin Yunuszadə və əvəzedici heyətin bir neçə futbolçusu iştirak edib.

Millimizin heyətində olan 8 futbolçu - Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Ağabala Ramazanov, Əfran İsmayılov, Qara Qarayev, Rahid Əmirquliyev və Riçard Almeyda, Bosniya və Hersoqovina yığmasına dəvət alan İbrahim Şehiç və U-21 yığmamızın toplanışına dəvət alan Mahir Mədətov, Elgün Uluxanov və Eltun Turabov ilk məşqdə iştirak etməyib.

Daha bir futbolçu Ansi Aqolli isə bir neçə gün sonra komandaya qoşulacaq.

Qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov  mayın 5-i keçirilən ölkə kubokunun finalından sonra futbolçularına istirahət vermişdi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30