27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Bursaspor” rəsmiləri Prosineçki üçün Avstriyada

Türkiyənin “Bursaspor” klubu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkidən əl cəkmir. Futbolxeber.az-ın məlumatına görə, “ağ-yaşıllar”ın rəsmiləri xorvatiyalı mütəxəssislə görüşəcəklər.
 
Türkiyə mətbuatında bildirilir ki, bunun üçün bursalıların rəsmi şəxsləri millimizin təlim-məşq toplanışında olduğu Avstriyaya yollanıb. Onlar Prosineçkini razılığını almağa çalışacaqlar.
 
Qeyd edək ki, millimizin futbolçusu Dəniz Yılmazın da formasını geyindiyi “Bursaspor” cari ilin əvvəlində Prosineçkiyə təklif göndərmişdi. Lakin 48 yaşlı çalışdırıcının AFFA ilə müqaviləsi davam etdiyindən danışıqlar müsbət nəticələnməmişdi. 2014-cü ildən millimizin baş məşqçisi olan xorvatiyalının cari müqaviləsi gələn ayın 30-da başa çatır.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30