19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

“Qəbələ”dən azarkeşlərə şad xəbər

"Qəbələ" klubu mayın 5-də "Qarabağ"la Naxçıvanda keçirəcəyi Azərbaycan Kubokunun final matçını azarkeşlərinin də izləməsinə köməklik edəcək.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə klubun Media və Marketinq Departamentinin rəhbəri Səməd Nəsibov açıqlama verib.

Onun sözlərinə görə, belə bir imkan il ərzində "qırmızı-qaralar"ı dəstəkləyən, ev və səfər oyunlarında komandanın yanında olan fanatlara yaradılıb.

Nəsibov bildirib ki, səfər avtobusla İran ərazisindən keçməklə baş tutacağından, bəzi şərtlərə riayət etmək lazım gələcək:  "Azarkeşlərin xarici pasportları olmalıdır. Valideynsiz gedəcəkləri halda, onların yaşları 18-dən aşağı olmamalıdır. Biz də öz növbəmizdə onların Naxçıvana gediş-gəlişlərinə köməklik göstərəcəyik".

"Qəbələ" rəsmisi nə qədər azarkeşin səfərə çıxacağını hələlik bilmədiklərini də əlavə edib. O, məsələ ilə komandanı dəstəkləyən fan-klubların məşğul olduğunu söyləyib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının stadionunda keçiriləcək "Qarabağ" - "Qəbələ" matçı saat 16:00-da başlanacaq.    




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31