26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Emil Balayev: “100 yox, 200 faiz…”

Birinci Divizionun son turunda "Şəmkir"ə qarşı oyunda "Səbail"in ən yaxşısı qapıçı Emil Balayev idi. Futbolxeber.az-ın məlumatına görə, ikinci hissədə qapısına təyin olunan penaltini dəf edərək komandanı ruhlandıran Balayev, matçın son dəqiqəsində etdiyi vacib seyvlə meydan sahiblərinə vacib 3 xalı gətirdi. 
 
Oyundan sonra 23 yaşlı qolkiper klubun "Facebook"dakı səhifəsinə bir sıra açıqlamalar verib:
 
"Zaqatala" ilə oyunda xal itkisinə yol verdik və ikinci pillə uğrunda mübarizə gərginləşdi. Bu səbəbdən bu oyunda qazanılacaq qələbənin mahiyyətini komanda olaraq dərk edirdik. Rəqiblərimizi özümüzdən irəli buraxmamaq üçün komanda olaraq oyuna 100 yox, 200 faiz  ciddiyyətlə hazırlaşırdıq. Oyun ağır keçdi, ancaq sonda sevinən tərəf olmağı bacardıq.
 
Həm ikinci hissənin əvvəlində qapımıza təyin olunan penalti epizodunda, həm də son dəqiqədə qapımız qarşısında yaranan təhlükədə komandanı qoldan xilas etdiyim üçün olduqca sevincliyəm. Əgər baş məşqçi mənə start heyətində şans verərək etimad göstəribsə, əlimdən gələni etməyə borcluyam. Bu epizodlarda qapıçı olaraq sadəcə, işimi gördüm. Əsas olan meydandan 3 xal ilə ayrılmaq idi.
 
"Bakılı" turnir cədvəlinin aşağı pillərində yer almasına baxmayaraq, son oyuna da ciddi hazırlaşırıq. Məqsədimiz çempionatı 2-ci pillədə bitirmək və gümüş medallara yiyələnməkdir".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30