Ölkə futbolu
Yoahim Lövdən qələbə şərhi
Bu gün 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində millimiz evdə Almaniyaya 1:4 hesabı ilə uduzub. Futbolxeber.az saytının məlumatına görə, qonaq komandanın baş məşqçisi Yoahim Löv matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Hesabdan razıyam. Lakin komandamdan daha yaxşı oyun gözləyirdim. Təəssüf ki, bunu edə bilmədik. Bilirəm ki, komandam bundan daha yaxşısına qadirdi.
- Andre Şürrledən bu cür oyun gözləyirdiz?
- Onun oyunundan razı qaldım. Klubunda çox şans qazanmasa da, bu gün necə futbolçu olduğunu göstərdi. Düzü, ondan bu cür oyun gözləmirdim. Ancaq o, bu gün 2 qol və 1 məhsuldar ötürmə ilə nəyə qadir olduğunu sübut etdi.
- Milli yeni ildə keçirdiyi hər iki oyunu qələbəylə başa vurdu. Bu oyunlarda yığmanı necə dəyərləndirə bilərdiz?
- İngiltərə və Azərbaycanla oyunu bir-biriylə müqayisə etmək olmaz. Biri yoxlama oyunu idi, bugünkü isə seçmə mərhələ. Bir də deyirəm, oyunumuz məni qane etmədi. İlk qoldan sonra 2-ci, 3-cü qolu vurmağımızı istəyirdim. Ancaq bu mümkün olmadı. Səhvlərimiz üzərində işləyəcəyik. İyuna kimi komandanı istədiyim səviyyəyə çatdırmağa çalışacam.
O ki qaldı rəqibə, bu gün fərqli Azərbaycanla qarşılaşdıq. Əvvəlki illərlə müqayisədə daha yaxşı komandayla üzləşdik. Tərifəlayiq oyun sərgilədilər. Bu komandanın əvvəlki oyunlarını izləyib, təhlil etmişdim. Norveçi məğlub edib, Çexiya ilə heç-heçə etmişdilər. Bu gün yaxşı komandaya qarşı mübarizə apardıq.
Bir də, oyunçularımı təbrik etmək istəyirəm. Azərbaycan kimi kiçik futbol ölkələriylə oyunlar həmişə çətin keçir. Adətən belə oyunlarda başqa ölkələr 1 və ya 2 top fərqiylə məğlub etsələr də, biz həmişə böyük hesabla qalib gəlmişik. Bu cəhətdən futbolçularım yaxşı mənada fərqləndilər.
- Almaniya millisi 7 oyundan sonra qol buraxdı. Əvvəlki oyunlarda da Azərbaycan millisi Almaniya yığmasının qapısına yol tapmışdı. Bunu nəzərə alaraq, millimizə hansı qiyməti verərdiz?
- İstəyərdim ki, 8-ci oyunda da qol buraxmayaq. Azərbaycan millisi qoldan öncə də, sonra da yaxşı təsir bağışladı. O ki qaldı qiymətləndirməyə, deyə bilərəm ki, Azərbaycan millisi inkişaf etməkdədi. (Löv bu sözlərdən sonra “maşallah” ifadəsini işlədir).
- Almaniyanın aşağı yaş qruplarında çıxış etmiş Renat Dadaşov Azərbaycan yığmasında oynamağı seçdi. Bəzi iddialara görə, Dadaşov millimizdə oynamağa 1 milyon dollar qarşılığında razılıq verib. Bu barədə nə deyə bilərsiz?
- Bu oyunçu barədə eşitmişəm. Bilirəm ki, isteadadlı futbolçudu. İnanıram ki, gələcəkdə Azərbaycan millisinə fayda verəcək. O ki qaldı digər məsələyə, bu barədə heç bir məlumatım yoxdu.
- Bu gün yaxşı təsir bağışlayan Kimmix və Şürrle klublarında az şans qazanırlar...
- Buna görə təəssüf edirəm. Hər iki futbolçunun millidə də əsas heyətdə oynamasını istərdim. Ancaq məncə, Kimmix Filip Lam karyerasını bitirdikdən sonra “Bavariya”da daha çox şans qazanacaq.
- Konfederasiyalar kubokunda bu gün meydanda olan oyunçulardan kimlərisə görə biləcəyik? Ümumiyyətlə, ora hansı oyunçuları aparacağınızı müəyyənləşdirmisiz?
- Buna mayda qərar verəcəyik. U-21 millisinin baş məşqçisi ilə bu barədə danışacam. Öyrənəcəm görək kimləri 21 yaşadək futbolçular arasında Avropa çempionatına aparacaq. Bundan sonra qəti qərar verəcəm. Ancaq bizim üçün əsas olan Konfederasiya kuboku yox, gələn il Rusiyada təşkil ediləcək dünya çempionatıdı.
- Qapıçı Bernd Leno bu gün millidə ilk oyununu keçirdi...
- Bizdə olan hər 3 qapıçısı yüksək səviyyəlidi. Bizim “1 nömrəmiz” isə Manuel Noyerdi. İngiltərə ilə oyunda Ter Şteqenə şans vermişdim. Bernd Leno son vaxtlar “Bayer”də yaxşı təsir bağışlayır. Ona görə, bu oyunda ona şans verməyi qərara aldım.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
13:46
İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb
-
12:31
Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlanıb
-
12:17
Nazir iş adamlarına səsləndi
-
11:58
Azərbaycanın millisi Sloveniyaya yollanıb
-
11:23
"Trabzonspor" darmadağınla finalda VİDEO
-
11:05
Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
-
10:49
“Neftçi”də maliyyə böhranı
-
10:14
"Zirə" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
09:52
"Xəzri"nin baş məşqçisi: "Müdafiədə çox yaxşı oynadıq"
-
09:30
"Real"dan möhtəşəm geridönüş VİDEO
-
21:24
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
-
21:16
Azərbaycan Basketbol Liqası: “Xəzri” finala yaxınlaşdı
-
19:55
"Bu, gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”
-
19:41
I Liqada 25-ci tur start götürdü
-
19:09
Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli oldu
-
18:38
XXXV turun oyun cədvəli açıqlandı
-
17:13
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
-
16:57
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı FOTOLENT
-
16:00
“Sumqayıt” “Səbail”lə oyunun hazırlıqlarını davam etdirir
-
14:36
Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
-
14:14
"İmarət"dən yeni görüntülər VİDEO
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
09:26
“Dinamo” “Ağdaş”a məğlub oldu
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb