27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Bakı" "Rəvan"ı məğlub etdi

 

Milli komandaların FİFA 2014 Dünya Çempionatının seçmə oyunlaırnda iştirakı ilə əlaqədar yaranmış fasilədən yararlanan  "Bakı" bu gün səfərdə "Rəvan"la qarşılaşıb. Futbolxeber.az "Bakı"nın rəsmi saytına istinadən xəbər verir ki, "zolaqlılar" yoxlama oyununa aşağıdakı heyətdə çıxıb: Edin Nuredineski, Edemir Rodrigez, Elvin Əliyev, Əziz Quliyev, İbrahim Karqbo, Risto Ristoviç, Ferdi Elmas, Junior, Horvat, Rəhman Hacıyev, Pena Marius.
 
Oyunda hesabı "Bakı" açıb. Risto Ristoviç "Bakı"nı hesabda irəli çıxarıb. Meydan sahibləri bu qolun cavabını 11 metrlik cərimə zərbəsindən sonra veriblər. Zərbəni dəqiq yerinə yetirən "Rəvan" hesabı bərabərləşdirib. Oyunda son nöqtəni isə Rəhman Hacıyev qoyub. Onun qolu sayəsində yoxlama oyunu "Bakı"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
 
İkinci hissədə "Bakı"nın heyətində bir neçə dəyişiklik baş verib. Bojidar Bandoviç təcrübəli oyunçularla yanaşı meydana əvəzedici heyətdən cəlb etdiyi 3 futbolçu buraxıb. Aqil Məmmədov çərçivəni Nuredineskidən təhvil alıb. Aleksandar Şoliçlə bərabər Raul Yaqubzadə, Tural Qürbətov və Vadim Abdullayev oyuna qoşulublar.
 
 
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30