27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Miçel: “Qəbələ”ni xüsusi qeyd etmək olar”

Bu gün Topaz Premyer Liqasında XVII turu çərçivəsində “Qarabağ” doğma meydanda “Zirə”ni 2:0 hesabı ilə məğlub edib. Matçdan sonra ev sahibi komandanın ispaniyalı yarımmüdafiəçisi Miçel Markos Madera  Futbolxeber.az saytının suallarını cavablandırıb:
 
- Əvvəlki oyunlar kimi bu da çətin oldu, lakin  qələbə qazanmağı bacardıq. Qalibiyyət əldə etdiyimiz üçün sevincliyik.
 
- Dani Kintananın yoxluğu meydanda nə dərəcədə hiss olundu?
- Təbii ki, hər bir futbolçunun əskikliyi komandada özünü göstərir. Təəssüf ki, o, hazırda zədəlidir və müalicə olunur. Biz fikrimizi belə mənfi şeylərə ayırmalı deyilik. Əlimizdəki futbolçularla kifayətlənməliyik. Növbəti oyunlar haqda düşünməliyik.
 
- Çempionatdakı rəqabət motivasiyanıza necə təsir edir? Demək olar ki, “Qəbələ” dən başqa güclü rəqibiniz yoxdu.
 - Təbii ki, “Qəbələ”ni xüsüsi qeyd etmək olar, yaxşı futbolçuları var. Amma bütün oyunlar olduqca çətin keçir. Ötən turdakı AZAL-a  qarşı oyunumuzu gördünüz. Bu oyun da heç də asan keçmədi. Hamısı çətindi.
 
- Oyunun necə  keçəcəyini əvvəlcədən təxmin edənlər vardı.  Çünki, “Qarabağ” və “Zirə” nin yaxın komandalar olduğu deyilir…
- Sizin sualınız mənə təəccüblü gəlir. Çünki, meydançada oyunlar heç də asan keçmir. Bunu hamı görür. Rəqib bizə müqavimət göstərir, onlar da qalib gəlmək istəyir. Hər şey göz önündədir.
 
- Son turlardakı oyunlarınızda hakim səhvləri müşahidə olunur və bu qərarların hamısı da sizin lehinizə olur. Ümumiyətlə, “Qarabağ”ın hakim köməyinə ehtiyacı varmı?
- Bu barədə heç nə danışmayacam. Onların işinə qarışmaq istəmirəm. Hakimlik də asan deyil.
 
- “Qəbələ” ilə oyun yaxınlaşır. Sizcə, həmin matç çempionluq üçün həlledici ola bilərmi?
- “Qəbələ”dən öncə “Kəpəz”lə qarşılaşacağıq. Deməzdim ki, həlledici olacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30