Ölkə futbolu
“Kəpəz”in yarımmüdafiəçisi: “Bu, hələ başlanğıcdır”
“Kəpəz”in əsas komandasının Bakıda keçirdiyi təlim-məşq toplanışında əvəzedici heyətin altı futbolçusu da iştirak edib.
Futbolxeber.az-ın məlumatına görə, hazırlıq dövründə baş məşqçi Şahin Diniyevin etimadını qazanmağa çalışanlardan biri də Emin Zamanov olub. Gənc yarımmüdafiəçi əsas komandaya çağırılması, toplanış və digər məsələlərlə bağlı klub saytına müsahibə verib. Zamanov söhbətə qış hazırlığını dəyərləndirməklə başlayıb:
- Bu, bizim üçün bir şans idi, ona görə də belə imkanı bizə yaradan məşqçilərimizə təşəkkür edirəm. Biz gənc futbolçular da bacardığımız qədər yaradılan imkandan istifadə etməyə, özümüzü göstərməyə çalışdıq. Şükürlər olsun ki, təlim-məşq toplanışı yaxşı keçdi. Əsas komandanın təcrübəli oyunçularındən nəsə öyrənməyə çalışdıq, hərədən bir şey götürdük.
- Emin, paytaxt hazırlığına dəvət alacağını gözləyirdin?
- Düzünü deyim ki, toplanışa çağırılacağımı gözləyirdim. Çünki mövsümün ilk yarısında əvəzedici heyətin üzvlərini oyunlar üçün tez-tez əsas komandaya dəvət edirdilər. Bu səbəbdən də komandanın qış hazırlığında baş məşqçimiz Şahin Diniyevin yenidən etimadını qazanacağımı hiss edirdim.
- Toplanış dövründə forma geyindiyin yoxlama oyunlarında məşqçilər korpusunun rəğbətini qazana bildin?
- Digərləri kimi mən də əlimdən gələni, üzərimə düşəni etdim. Oyunumun Şahin müəllimə necə təsir bağışladığını, hansı təəssüratlar yaratdığını deyə bilmərəm, amma məncə, pis olmadı. Bacardığım qədər etimadı doğrultmağa çalışdım. Mənə olan inamı boşa verməməyə çalışdım.
- “Neftçi” ilə Gəncədə keçirilən çempionat matçında həm “Kəpəz”in heyətində, həm də Premyer Liqada debüt etdin. Yəqin ki, buna görə az sevinmədin...
- Debütüm uğurlu alındı, komanda qələbə qazandı. Mən az oynasam da, qalib gələn heyətin üzvü kimi fəxr etdim, sevindim. Elitada ilk oyunum mənim üçün irəliyə doğru atılmış addım, təkan idi. Daha yüksək səviyyədə futbol oynaya bilmək üçün bununla kifayətlənmək, dayanmaq olmaz, inkişaf etmək lazımdır. Bu, hələ başlanğıcdır. Özümü doğrultmaq, tez-tez şans qazanmaq üçün çox çalışmalıyam.
- Mövsümün ikinci hissəsi üçün düşüncələrin nədən ibarətdir?
- Çalışıb əsas komandada möhkəmlənmək istəyirəm. Bilirəm ki, bu, heç də asan olmayacaq. Amma müəyyən vaxt keçdikcə, yavaş-yavaş istəyimə nail olmaq əsas arzumdur. Bunun üçün durmadan çalışacağam.
- Mövsümün əvvəlində “Qəbələ”dən bir illik icarəyə götürülmüsən. “Kəpəz”də qalmaq istəmirsən?
- İndidən bu haqda heç nə deyə bilmirəm. Hələ çempionatın yekunlaşmasına müəyyən vaxt var. Qərar vermək təkcə özümə aid olan məsələ deyil. Klublar arasındakı danışıqlardan çox şey asılıdır. Mənə daim oynamaq lazımdır. Yaşımın elə vaxtıdır ki, oynamalıyam. “Kəpəz” mənə bu şəraiti yaradıb. Bu şəhər mənim üçün olduqca doğmadır, Gəncədə doğulmuşam, uşaqlığım burada keçib. Karyeramda nəyin necə olacağını zaman göstərəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO